Prezident tələb etdi - o da istefa VERDİ

23-10-2017, 21:15           

Türkiyədə Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Rəcəb Altəpə vəzifəsindən istefa verdiyini açıqlayıb.

Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, Altəpə, vəzifəsindən ayrılsa da bundan sonra üzvü olduğu Ədalət və İnkişaf Partiyasından (AKP) ayrılmayacağını, prezident Rəcəb Tayyib Ərdoğana əks getməyəcəyini bildirib:

"Bizə yaraşanı edəcəyik. Böhran şəraiti yaratmayacağıq. Heç bir məsələdə verilməyəcək hesabımız yoxdur. Alnımız açıq, başımız dikdir”.

Qeyd edək ki, bir neçə gün öncə Ərdoğan Bursa ilə yanaşı, Ankara və Balıkesir şəhər bələdiyyə sədrlərini istefaya çağırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru