Arvad kişinin xəyanətini paltarlarını yuyarkən tutdu - Başqasına alt paltarı alırmış
24-10-2017, 12:08
Qadın ərinin paltarlarını yuyarkən cibindən çıxan qəbz onun diqqətini çəkib. Məsələni araşdıran qadın həyat yoldaşının alt paltarı və ətir aldığını görəndə, boşanma davası açıb.
teref.az goldnews.az-a istinadən xəbər verir ki, gənc qadının həyat yoldaşının cibindən tapdığı qəbz onların evliliklərini bitirib. Qəbzdəki alt paltarı və ətir qiymətlərini görən qadın məhkəməyə müraciət edib. Həyat yoldaşının onu aldatdığını irəli sürən qadın İstanbul Ailə Məhkəməsinə müraciət edərək boşanmak istədiyini dilə gətirib.
Bedia Ö. iddia ərizəsində "Aldıqlarının mənlə əlaqəsi yoxdu. Alt paltarımı, ətirimi özüm alırdım. Mənə "bir qohumumuz var, sən tanımırsan, onların vəziyyəti pisdir, onlara almışdım və ya alış-veriş etdiyim yerlərdə qəbzləri qarışdırıblar" kimi cavablar verdi",- deyib. Məhkəmə ikilini boşayarkən Ümid Ö.-nün aldatdığı həyat yoldaşına ayda 450 türk lirası aliment və 62 min türk lirası təzminat ödəməsinə qərar verib.