Türk jurnalist Dövlət Departamentinin sözçüsünü ağlatdı

25-10-2017, 11:24           

ABŞ Dövlət Departamentinin sözçüsü Heter Nauret media brifinqini ağlayaraq tərk edib.
Publika.az xəbər verir ki, sözçü türk jurnalistlə mübahisə etdikdən sonra əsəbiləşib və ağlayıb.
Bu barədə “Amerikanın Səsi” saytının Vaşinqtondakı müxbiri Mehmet Sümer paylaşım edib. O, spikeri ağladan jurnalistin “Daily Morning” saytının müxbiri Raqıp Soylu olduğunu qeyd edib.
Raqıp Soylu isə tvitter hesabından açıqlama verib:
“ABŞ Xarici İşlər Nazirliyi sözçüsü YPG ilə bağlı soruşduğum suala dövlət-özəl ortaqlığı olan bir media qurumunda işlədiyimi söyləyərək cavab verdi. Sözçüyə işlədiyim şirkətin özəl olduğunu bildirdiyimdə isə qurumun hökumət tərəfindən dəstəkləndiyini dedi. Çoxmu əlaqəli? Yox”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.