Türkiyə ordusu Suriyanın İdlib bölgəsinin strateji nöqtələrini terrorçulardan təmizləyib
25-10-2017, 12:23
Türkiyə hərbçiləri Suriyanın İdlib bölgəsini terrorçulardan təmizləyib və hazırda strateji nöqtələrə nəzarət edir. “Report” "Haber7"yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Suriyanın İdlib və Afrin bölgələri arasındakı Cebel Berekat dağında iki strateji nöqtə, İdlib də Əbu Zuhur və Taftanaz hərbi hava limanları Türkiyə hərbçilərinin nəzarəti altındadır. Bununla da bölgəyə hərbi təyyarələrin təhlükəsiz uçuşu təmin ediləcək. İnformasiyaya görə, Türkiyə hərbçilərinin Suriyanın Afrin və Menbiç bölgələrinin də terrorçulardan təmizlənməsi istiqamətində əməliyyata başlayacağı gözlənilir.