Ordu savaş əmri gözləyir – düşmənin ən strateji məntəqələri ƏLƏ KEÇİRİLDİ

26-10-2017, 11:00           

Türkiyə Silahlı Qüvvələri (TSK) İdlib şəhərinin şimal-şərqində yerləşən Simon qalasını ələ keçirib.
Publika.az xəbər verir ki, bununla da, TSK İdlib ilə PYD/YPG təşkilatının nəzarətində olan Afrin arasındakı xətti nəzarəti altına alıb.
Hazırda Simon qalasının bir neçə kilometrliyində PYD/YPG terrorçuları keşik çəkir.
Bir tərəfdən atəşkəs nöqtələrinin təyin edilməsi, digər tərəfdən isə Afrin əməliyyatlarına hazırlıq çərçivəsində İdlibə əsgər və zirehli avtomobil daşınması davam edir. Bununla yanaşı, ordu Afrinin qərbindəki Hatay, şimalındakı Kilis sərhəd xəttindəki əməliyyatlarını da tamamlayıb.
TSK Afrinin 4 tərəfinin nəzarət altına alınaraq blokadaya salınmasının ardınca şəhərə giriş üçün əmr gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.