Rusiya Türkiyəyə xəbərdarlıq etdi: "Əgər bu mexanizm aktiv şəkildə tətbiq olunacaqsa ..."

27-10-2017, 22:04           
Rusiya Türkiyəyə xəbərdarlıq etdi: "Əgər bu mexanizm aktiv şəkildə tətbiq olunacaqsa ..."
"Əgər Türkiyə kənd təsərrüfatı məhsulları üçün hesab-faktura yoxlanılması mexanizminin tətbiqinə davam etsə, Rusiya cavab tədbirləri görmək hüququnu özündə saxlayır".

APA-nı­­n Moskva müxbirinin məlumata görə, bunu Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib.

"Biz türkiyəli həmkarlarımızdan təsdiq almışıq ki, əvvəlcədən elan olunan kənd təsərrüfatı məhsulları üçün hesab-faktura yoxlanılması mexanizmi Rusiya ərazisindəki konsulluqlarda faktiki olaraq tətbiq olunmayacaq. Biz vəziyyəti izləməyə davam edəcəyik. Əgər bu mexanizm aktiv şəkildə tətbiq olunacaqsa, o zaman bizim əlimizdə cavab tədbirləri görmək üçün bütün imkanlar qalır", - deyə Dvorkoviç vurğulayıb.

Qeyd edək ki, oktyabrın əvvəlində Ankara Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalına yeni məhdudiyyətlər qoyub. Rusiya Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yeni mexanizmə əsasən Rusiya kənd təsərrüfatı məhsullarının idxalı zamanı gömrük xidmətlərinə təqdim olunan hesab fakturaların təsdiqinin mütləq olması vacibdir. Türkiyə tərəfindən məhdudiyyətlər buğda, rafinəolunmamış günəbaxan yağı, qarğıdalı, quru noxud, düyü və digər məhsullara tətbiq olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.