Türkiyə böyük faciədən döndü - 49 nəfər həbs edildi

28-10-2017, 14:48           
Türkiyə böyük faciədən döndü - 49 nəfər həbs edildi
Ankarada İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 49 xarici ölkə vətəndaşı saxlanılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ankara prokurorluğu 55 xarici vətəndaşın saxlanılması barədə qərar çıxarıb.

Paytaxtın müxtəlif rayonlarında keçirilən əməliyyat zamanı artıq 49 nəfər tutulub. Məlum olub ki, onların hamısı Suriya və İraqda terrorçuların tərəfində döyüşüb. Hazırda saxlanılan şəxslər dindirilir.

Bundan əlavə, Türkiyə Terrorla Mübarizə İdarəsinin yaydığı məlumata görə, saxlanılan şəxslərdən bəziləri 29 oktyabr Cümhuriyyət günü ilə bağlı keçiriləcək şənliklər zamanı terror aktı törətməyi planlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru