Qırğızlardan Yaponiyaya etiraz: - Yadplanetli deyilik!

28-10-2017, 19:31           
Qırğızlardan Yaponiyaya etiraz: - Yadplanetli deyilik!
Qırğızıstan vətəndaşları noyabr ayında yayımlanacaq Yaponiya istehsalı “Breyv Storm” (Brave Storm) filmində yadplanetli irqinə “qırğız” deyilməsinə etiraz edib.

Kult.az xəbər verir ki, bu barədə “BBC Türkcə” informasiya yayıb.

Filmdə yadplanetli “qırğız”lara qarşı mübarizə aparmaq üçün gələcəkdən müasir zamana insanlar gəlir. Yadplanetlilərə niyə “qırğız” adının verildiyi məlum olmasa da, artıq Qırğızıstanda sosial media istifadəçiləri “Biz kosmosdan gəlməmişik” başlıqlı yazılar yazırlar.

Bəzi istifadəçilər vəziyyəti yumorla qarşılayaraq, “adi bir xalq olmadığımızı bilirdim” yazsa da, bəziləri satirik yanaşaraq, “filmdəki yadplanetlilərin qırğız məmurlarından fərqi yoxdur” qeydini edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru