Azərbaycan tarixinin qaranlıq səhifələrindən: "Bəbəkun qoşa qalası..." FOTO

29-10-2017, 09:41           
Azərbaycan tarixinin qaranlıq səhifələrindən: "Bəbəkun qoşa qalası..." FOTO
Azərbaycan tarixinin qaranlıq səhifələrindən olan Xürrəmilər hərəkatı və Bəzz qalası haqda bilgilər həqiqəti əks etdirmir. Belə ki, Bəzz adlanan qala əslində doğma dilimizdə Gəzz qalası adlanır və ərəb dilində "g" hərfi olmadığından "b" ilə əvəzlənib. Əlavə olaraq ərəb mənbələrində ikilik mənasında işlənən "eyn" şəkilçisi artıraraq Bəzzeyn adlandırmışlar. Bu o deməkdir ki, qala əslində ikidir və qalaların yeraltı lağımla bir-birilə əlaqəsi olub.Cənubi Azərbaycanda Bəzz adlanan qala Babəkin ilk döyüşdüyü qalalardan biri olsa da Gəzz(Bəzz) deyil. Bəs əsl Gəzz qalası hardadır. Ərəb tarixçisi Məsudi "Kitab-i Muruc əz-Zəhəb" əsərində aydın yazılıb "Əfşin Babəki sıxışdırdırandan sonra, Babək Arran ölkəsində olan Bəzzeyn dağına pənah gətirdi" . Məlumdur ki, Arran Araz çayının şimal tərəfində qalan Azərbaycan torpağıdır.Demək o İrandakı Bəzzeyndən bəhs etmir. Öz tarixçilərimiz də Bəzz qalasının yerini düzgün təyin edə bilmədiklərindən Bəzz qalasını Iran ərazisinə aparıb salaraq tarixi saxtalaşdırmışlar.
Əslində iki qonşu qaladan ibarət olan Gəzz (Bəzz) Zəngəzur mahalının Qapan (Qafan) rayonunun ərazisindədir. Bu qala Xustub adlı dağ ilə Gəzbel adlanan dağın aralarında yerləşən Novruzyurd təpəsinin ətəyində yerləşən Orta əsrlərə məxsus bir qaladır. Xustub dağı dəniz səviyyəsindən 3214 m. yüksəkdir. Gəzbel dağı Xustub dağına nisbətən alçaqda olsa da Xustub kimi keçilməzdir. Ərəb mənbələrində Babəkin ustadı Cavidan kimi qeyd etdikləri Arran sərkərdəsi əslində Davidandır. Ərəb dilində "C" səsi olmadığından onu "D" ilə əvəzləmişlər. Gəzz (Bəzz) qalasından təxminən 9-10 km aralı Pir Davidan məqbərəsi yerləşirdi
Bu fikirləri əslən Nüvədi (Nuhvadi) kəndindən olan mərhum tədqiqatçı Həmzə Vəlinin "Babək Xürrəmidinin son taleyi" əsərindən iltibas gətirərək məlumat verməyi lazım bildim.
Ravil Ceferov
teref.az

Pir Davidan məqbərəsi
Qafan r.Qacarank














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.