Romantik bəy dələduz çıxdı - VİDEO
6-08-2015, 15:44
Adanada özünü hərbçi kimi tanıdıb alış-veriş mərkəzində sevgilisinə romantik evlənmə təklif edən şəxs həbs olunub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əhməd E. adlı şəxs dövlət məmuru İpək İ. ilə “Facebook”da tanış olub və özünü hərbçi olaraq təqdim edib. Üç ay sevgili olduqdan sonra Əhməd E. hər şeyin inandırıcı olması üçün hərbi geyimdə və belinə silahını da taxıb gənc qızı bir AVM-ə çağırıb. Qızın qarşısında diz çökərək romantik evlənmə təklifi edən Əhməd həmin anları videoya çəkib.
İpək İ. evlənmə təklifini qəbul edərkən, Əhməd E. bu anları sosial şəbəkədə paylaşıb. Əhməd E. gənc qızdan evlilik hazırlığı üçün 4 min lirə pul alıb və Adanadan uzaqlaşıb. Daha sonra Əhmədlə əlaqə saxlaya bilməyən qız polisə müraciət edib.
Adana polisi görüntüləri daha öncə gördüklərini və bir zabitin hərbi formada evlənmə təklifi etməyəcəyini düşünərək qızın sevgilisini axtarışa veriblər.
Qısa müddətdə tutulan Əhməd E-nin evlənmə təklifi edərək 4 gənc qızı da aldatdığı məlum olub.
[media=https://www.youtube.com/watch?v=6rqU33jT6pQ]