Türkiyədə dəhşət: Məktəbin həyətində uşaqları güllələdi

28-12-2017, 01:55           
Türkiyədə dəhşət: Məktəbin həyətində uşaqları güllələdi
Türkiyənin Qaziantep şəhərinin Şəhidkamil rayonunda yerləşən məktəblərdən birinin həyətində oynayan azyaşlılara naməlum şəxs tərəfindən tüfəngdən atəş açılıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində yaralanan 7 nəfər yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Yaralılardan 5-i şagirddir.

Hadisəni törədən şəxsin V.K adlı şəxs olduğu deyilir.

Polis faktla bağlı araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru