İşgəncələrə məruz qalan qadının İNTİQAMI ağır oldu: 35 dəfə bıçaqladı, 2 saat ölümünü gözlədi

28-12-2017, 10:58           

31 yaşlı K.Çiğdəm rəsmi olaraq boşandığı keçmiş həyat yoldaşı S.Yiğiterlə eyni evdə yaşamağa davam edib. Aralarında yaşanan münaqişə zamanı qadın mətbəxdən götürdüyü bıçaqla cinayət törədib.

Publika.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində yaşayan ailə bir-biri ilə yola gedə bilmədiyi üçün boşanmışdı. Cütlüyün 1 oğlan övladı olduğu üçün onlar eyni evdə yaşamağa davam ediblər.

İlkin məlumatlara görə, S.Yiğiter evə içkili gələrək həyat yoldaşı ilə mübahisə edib. Daha sonra isə onu döyməyə başlayıb. Qadın evdə olan qayınatası və qayınanasından kömək istəsə də, onlar mübahisəyə əngəl olmayıblar. Gücbəla ilə özünü mətbəxə çatdıran qadın bıçağı götürüb və keçmiş həyat yoldaşına ana-atasının gözləri önündə ona 35 bıçaq zərbəsi vurub.

Uşaqlarına kömək etmək istəyən valideynlərə mane olan qadın 2 saat yoldaşının ölməsini gözləyib. Öldüyünə əmin olduqdan sonra isə polisə xəbər verərək, könüllü şəkildə təslim olub.

Faktla bağlı cinayət işi açılıb.

Könül Cəfərli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru