Türkiyədəki partlayışın səbəbi bəlli oldu - Yeniləndi

28-12-2017, 22:55           

Türkiyənin Adana şəhərinin Polis Şöbəsinin yaxınlığında güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış səsi şəhərin bir neçə bölgəsində eşidilib və əhalini ciddi təşvişə salıb.

Əraziyə xeyli sayda polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə nəticəsində ölən, yaxud yaralananların olmadığı bildirilib.

***

Partlayışın səs bombasından qaynaqlandığı bildirilib.

Məlumata görə, maskalı şəxsin küçəyə daxil olmasından sonra partlayış baş verib. Belə ki, işıq dirəyinin yanına qoyulan səs bombası işə düşüb.

Adana Təhlükəsizlik İdarəsinin rəhbəri Səlami Yıldız hadisə yerindədir və olayla bağlı ətraflı məlumat alıb.

“Hər şey nəzarətdədir. Səs bombası partlayıb. Araşdırmalar davam edir”, - deyə Yıldız bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru