Qəhrəman elan edilən zabitdən şok etiraf: - FETÖ üzvüyəm...

29-12-2017, 16:37           
Qəhrəman elan edilən zabitdən şok etiraf: - FETÖ üzvüyəm...
Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı xəyanətkar əsgərlərə müqavimət göstərməsi səbəbi ilə qəhrəman elan edilən və medalla mükafatlandırılan Quru Qüvvələri komandanı general Yaşar Gülərin mühafizə xidmətinin rəhbəri kapitan Burak Akın polisə təslim olub.

Axar.az xəbər verir ki, Akının “Mən FETÖ üzvüyəm” deyərək təslim olması polis əməkdaşlarının da təəccübünə səbəb olub.

Məlumata görə, Burak Akın FETÖ tərəfindən təzyiqlərə məruz qaldığını bildirərək, polis bölməsində günahını etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru