Osmanlı sultanları niyə həccə getmirdilər?

29-12-2017, 21:30           

“Osmanlı sultanları niyə həccə getmirdilər?” sualı həmişə çoxlarını düşündürüb.

Bu mübahisəli məsələyə Türkiyənin “Habertürk” qəzetinin yazarı Murat Bardakçı aydınlıq gətirib.

M.Bardakçının həmin mövzu ilə əlaqədar məqaləsini təqdim edirik:

“Osmanlı sultanlarının heç biri həccə getməyiblər, amma “saçları” hacı olub! Xanədanın həccə gedən tək kişi mənsubu, Fateh Sultan Mehmedin kiçik oğlu Cem Sultan idi və ondan savayı Osmanlı İmperiyası dövründə heç biri kişi həccə getməyib.

Sonuncu padşah Sultan Vahideddin sürgün illərində hacı olmaq istəsə də, siyasi səbəblər və təhlükəsizliyinə görə yalnız ümrə etmək məcburiyyətində qalıb”.

Bu məsələ həmişə müzakirə edilib.

“Məmlüklər Fatehin oğlunu mərasimlərlə qarşılayıblar. Cem Sultan bir müddət sonra Məmlük Sultanı Kayıtbaydan həccə getmək üçün icazə istəyib və anası ilə xanımını götürərək yola çıxıb. Həcc ziyarətini 1482-ci ilin fevral ayında başa vuraraq martın əvvəllərində Qahiryə dönüb.

Osmanlı sultanlarının nə üçün həccə getmədiyi həmişə müzakirə mövzusu olub, amma bu məsələnin bir başqa tarixi həmişə gözlərdən qaçıb:

Osmanlılardan əvvəlki türk dövlətlərinin, yəni Qəznəvilərin, Qaraxanlıların, Böyük Səlcuqların və Türkiyə Səlcuqlarının hökmdarları və xanədan mənsubu kişiləri də həccə getməmişdilər.

Yalnız bu dövlətlərin deyil, eyni zamanda Osmanlıların müasiri olan Babur, Səfəvi və Avşar dövlətlərinin hökmdar ailələrinə mənsub kişilər də hacı olmamışdılar. Türk dövlətlərində həccə gedən xanədan mənsubları bir neçə qadından ibarətdir.

19-cu əsrə qədər İstanbuldan həccə gedib-gəlmək təxminən doqquz ay davam edirdi və Osmanlı İmperatorluğunun idarəetmə sistemi, bir hökmdarın bu qədər uzun müddət ərzində mərkəzdən ayrı qalmasına uyğun deyildi. Belə uzunmüddətli səfərə çıxan sultanın geri döndüyü zaman taxt-tacının əlindən alınması ehtimalı olduqca yüksək idi, üstəlik İran və Habsburqlar kimi iki böyük düşməndən ötəri, sultanların mərkəzdən uzaqlaşmamaları lazım idi.

Bu mövzuda müzakirə olunması lazım olan məsələ, 19-cu əsrin ikinci yarısından etibarən nəqliyyat imkanlarının artması sayəsində həcc səfərinin müddətinin qısalmasına və Osmanlı taxtının da bir sistemə bağlanmış olmasına baxmayaraq sultanların həccə nə üçün getmədikləri mövzusudur.

Sultan Əbdüləziz 19-cu əsrin ortalarında Avropa paytaxtlarına getmiş, Sultan Rəşad da Kosovada uzunmüddətli gəzintiyə çıxmış, ancaq həccə getməmişdi.

Vəkil göndərərdilər.

Sultanlar həccə getməyiblər, amma özləri üçün hər il birdən çox vəkil göndəriblər. Şahzadələrin yoxlamadan uzaq qalıb siyasi fəaliyyət fürsəti tapa biləcəkləri səbəbinə görə həccə getmələrinə onsuz da icazə yox idi. Sultanlar həccə getmirdilər, amma kəsilmiş saçlarını göndərirdilər. Bərbərin kəsdiyi saçlar gümüş ləyəndə yuyulduqdan sonra buxurla tüstülənib möhürlü bir siyirməyə qoyular, siyirmə hər il Məkkə ilə Mədinəyə doğru yola çıxan surrə alayına çatdırılar və Həzrəti Məhəmmədin Mədinədəki qəbrinin yaxınlığında bir yerə basdırılardı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.