Telman İsmayılova daha bir zərbə - Türkiyə məhkəməsi də iflas elan etdi

30-12-2017, 12:23           
Telman İsmayılova daha bir zərbə - Türkiyə məhkəməsi də iflas elan etdi
Azərbaycanlı milyarder Telman İsmayılova məxsus və dəyəri 1,4 mlrd. dollar olan Türkiyənin Antaliya şəhərində qurulan "Mardan Palace" hotelini işlədən şirkət borclarını ödəməyincə bundan sonara fəaliyyət göstərməyəcək.

Unikal.org xəbər verir ki, tez-tez iqtisadi problemlərlə üzləşən otel, bu dəfə operator şirkəti ilə problem yaşayıb.

İstanbul Anadolu 3. Asliye Ticarət Məhkəməsi, otel idarə edən işlədən "Olimpus İnşaat Turizm Qida Otelçilik Nakliye Sanayi ve Ticarət Anonim” Şirkətini xarici borclanma səbəbindən 20 dekabr qərarına əsasən iflas elan edib.

Belə ki, şirkətin "Bank Of Moskva”ya 250 milyon dolar civarında borcu olduğuna görə, bu qərarın verildiyi deyilir.

İqtisadi problemlərlə üzləşən bu Hotel bundan sonara fəaliyyəti sual altındadır. Belə ki, Mardan Palace-ni işlətməyə götürən şirkətlərə də bu qadağa qoyulub.

"Mardan Palace” Hotelnin icraçı direktoru Selçuk Şentepe məhkəmə qərarı ilə bağlı Türkiyə mətbuatına şərh verib. O deyib ki, "Bank Of Moskva”ya 250 milyon dolar civarında borc səbəbindən bu qərarın verilməsinin detallarını bilmir.

Şentepe otelin sahibinin AST Groupa məxsus olduğunu və məhkəmə isə iflas qərarını oteli işlədən şirkətə verdiyini deyib: "Bəli, Oteli idarə edən Olimpus şirkəti haqqında belə bir qərar var, bu mövzuda heç bir detallı məlumata malik deyiləm".

Xatırladaq ki, Olimpus şirkətinin də Telman İsmayılova məxsus olduğu deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.