Ərdoğandan Abdullah Gülə cavab gecikmdi: Sən hardan çıxdın?

31-12-2017, 21:40           
Ərdoğandan Abdullah Gülə cavab gecikmdi: Sən hardan çıxdın?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Abdullah Gülün dünən Tvitter hesabında yaydığı açıqlamaya münasibət bildirib.

Axar.az xəbər verir ki, dövlət başçısı bu dəfə də ad çəkmədən qarşı tərəfi tənqid edib.

"Bir anda səhnəyə endilər və müəyyən mövzularda danışmağa başladılar. Xeyirdirmi? Bir anda hardan çıxdılar? Yeni qurtuluş savaşı verdiyimiz bu dönəmdə bizə yaraşan birlik olmaqdır. Siyasi həyatımın hər dönəmində ən önəmli dəstəyin xalqdan gəldiyini şəxsən görürəm. Hər məsələdə olduğu kimi, bu məsələdə də yekun qərarı xalqımız verəcək”, - Ərdoğan bildirib.

Qeyd edək ki, dünən A.Gül Ərdoğanın bundan öncəki tənqidinə Tvitter hesabında cavab vermişdi.

O, lazım olan zamanda fikirlərini açıqlayacağını vurğulamışdı.

Məlumat üçün bildirək ki, artıq bir müddətdir tərəflər bir-birinin ünvanına sərt fikirlər səsləndirir.

Ərdoğan vurğulayır ki, Gül müxalifətlə birlikdə hərəkət edərək Türkiyə dövlətinə zərbə vuramağa cəhd edənlərə yardımçı olur.

Səbəb onların hərbi çevriliş cəhdləri və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qanuni qüvvəyə malik qərarı (Kanun Hükmünde Kararname) tənqid etməsidir.

Onu da əlavə edək ki, 2019-cu ildə Abdullah Gülün prezident seçkilərində öz namizədliyini irəli sürəcəyi barədə söz-söhbətlər yayılıb.

Bu da AKP-nın alovlu tərəfdarlarının sərt narazılığına və hiddətinə səbəb olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.