Qumdan Xamaneyiyə sərt mesaj: “Abır-həyan olsun, utan, xəcalət çək!” VİDEO

1-01-2018, 11:51           
Qumdan Xamaneyiyə sərt mesaj: “Abır-həyan olsun, utan, xəcalət çək!”  VİDEO
Dekabrın 30-da axşam saatlarında İranın ən dindar şəhəri sayılan Qumda onminlərlə etirazçı hakimiyyətə qarşı aksiyalara qatılaraq İranın dini lideri Ayətullah Əli Xamaneyinin tutduğu vəzifədən getməsini tələb ediblər.

Ovqat.com İran məbuatına istinadən xəbər verir ki, Qum sakinlərinin səsləndirdikləri şüarlar bu şəhərin ənənəvi imiciylə ziddiyyət təşkil edib.

Bilindiyi kimi, Qum təkcə İranın yox, həm də bütün dünya şiələrinin ən önəmli dini mərkəzlərindən sayılır. İran İslam İnqilabının beşiyi olan bu şəhər əsasən siyasi islam düşüncəli din xadimləri yaşayır. Keçirilən etiraz aksiyalarında səsləndirilən şüarar isə tamamilə İranın ideoloji cizgisinə qarşı yönəlib.

“Xamaneyi, abır-həyan olsun, utan, xəcalət çək, hakimiyyətdən əl çək”, “Hizbullaha ölüm!”, “Suriyanı burax, bizim halımıza yan” və “Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, məmləkəti öz halına burax!”-bütün bunlar Qum etirazçılarının səsləndirdikləri şüarlardan yalnız bir neçəsidir. Odur ki, Qumda əhalinin İslam Respublikaçılığına qarşı çıxması və onların hakim ruhanilərin əleyhinə şüarlar səsləndirməsi xüsusi diqqət çəkib. Hüquq-mühafizə qüvvələrinin və mülki geyimli ETTELAAT əməkdaşlarının kənardan izlədiyi aksiyada tutulanların olub-olmadığı barədə isə heç bir məlumat verilməyib.

Aksiya iştikaçıları Xamaneyinin divarlara asılmış portretlərini cırıblar

Dekabrın 30-da Məşhəddə başlayan etiraz aksiyalarının artıq 30-a yaxın şəhərə yayıldığı bildirilir. Cənubi Azərbaycan şəhərləri də ayağa qalxıb. Cənubi Azərbaycanda ilk dəfə Təbrizdə başlayan aksiyalara daha sonra Ərdəbil, Urmiyə, Zəncan da qoşulub.

Ovqat.com olaraq bu şəhərlərdən aldığımız məlumatları və video-görüntüləri vaxtaşırı oxucularımıza çatdırdığımızdan bir daha hadisələrin nəqlini təkrarlamaq istəmirik. Sadəcə onu deməyi vacib bilirik ki, güneyli qardaşlarımızın mübarizəsini təqdimetmə tərzimizə Cənubi Azərbaycan demokratları öz etirazlarını bildiriblər. Onlar öz mübarizələrini İranda sosial tələblərlə başlayan ümumi üsyanların tərkib hissəsi göstərməyimizə qarşıdırlar. Bildirirlər ki, İranın digər şəhərlərindən fərqli olaraq, Cənubi Azərbaycandakı aksiyalar sosial problemlərlə bağlı deyil: “Biz uzun illərdən bəri İran hakimiyyətinin vermək istəmədiyi milli haqlarımızı tələb edirik. Fars əyalətləri isə yumurta və digər ərzaq məhsullarının qiymətinin bahalaşmasına qarşı çıxırlar. Yumurta ilə milli azadlıq hərəkatını bir-birinə qatmaq bizim mübarizəmizə kölgə salmaqdır ki, bu da fars əyalətlərinin etirazçılarının lehinə təbliğatdır”.
Azərbaycan fəallarının bildirdiyinə görə, ötən əsrdə bir neçə dəfə İranda baş verən inqilabi proseslərdə də eyni hal müşahidə olunub: “Güneylilərin milli-azadlıq hərəkatlarını öz mübarizələriylə eyniləşdirən farslar hakimiyyəti ələ keçirdikdən sonra bizim heç bir tələbimizi yerinə yetirməyiblər. Məhz bu səbəbdən biz artıq mübarizəmizi onlarla eyniləşdirmək istəmirik”


Aldığımız məlumatlara görə, bir çox şəhərlərdə İran polisi ilə dinc aksiyasçılar arasında qarşıdurmalar yaşanıb. Rəşt və Xürrəmabadda isə polis aksiya iştirakçılarına atəş açıb. Əldə etdiyimiz video-görüntülərdə də atəş səsləri aydın eşidilir. Cənubi Azərbaycanın Marağa şəhərində də polislə dinc nümayişçilər arasında toqquşma baş verib.

İran rəsmiləri də etirazçılara atəş açıldığını inkar etməyib. Rəsmi məlumata görə, 2 aksiya iştirakçısı öldürülüb. Qeyri-rəsmi məlumatlarda öldürülənlərin sayının xeyli çox olduğu iddia edilir.

Buna baxmayaraq, xalq etirazlarının davam etdiyi bildirilir.

Marağadan görüntülər:

Cənubi Azərbaycanın Marağa şəhəri də Təbrizdə başlayan milli-azadlıq hərəkatına qoşulub.

Ovqat.com bu şəhərdə çəkilmiş video-görüntülər əldə edib. Əldə etdiyimiz bütün görüntüləri oxuculara təqdim edirik:
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.