Türkiyənin Ərzurum-Ərzincan avtomobil yolunda İran dövlət nömrə nişanlı sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər yaralanıb. Avtobus yuvarlanaraq yoldan kənara düşüb.
Axar.az xəbər verir ki, Aşqala-İspir dörd yol ayrıcında baş verən qəzaya səbəb yolun sürüşkən olmasıdır.