Türkiyədə 13 terrorçu zərərsizləşdirilib

2-01-2018, 09:51           
Türkiyədə 13 terrorçu zərərsizləşdirilib
Türkiyədə dekabrın 25-dən yanvarın 1-dək keçirilən əməliyyatlar zamanı 13 terrorçu zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Türkiyənin təhlükəsizlik qüvvələri son həftə ərzində 119 antiterror əməliyyatı keçiriblər. Əməliyyatların gedişində 125 nəfər PKK terror qruplaşması ilə əlaqədə və ya ona kömək etməkdə, 325 nəfər İŞİD qruplaşmasına yardım göstərməkdə ittiham edilərək saxlanılıb.

Əməliyyatlar zamanı 13 terrorçu zərərsizləşdirilib. Onlardan 5-i məhv edilib, 1-i təslim olub. Vanda, Tuncelidə, Ərzincanda, İqdırda, Bitlisdə, Osmaniyyədə və Şırnakda terrorçuların 71 sığınacağı məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru