“Samur” Afrinə doğru yola çıxdı – Video

14-03-2018, 08:04           
“Samur” Afrinə doğru yola çıxdı – Video
Türkiyənin “Samur” hərbi texnikası Afrinə doğru yola çıxıb.

teref.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Samur” texnikasından terrorçuların qazdığı xəndəkləri keçmək üçün körpü kimi istifadə ediləcək.

Qeyd edək ki, sözügedən zirehli texnika bioloji, kimyəvi, radioloji və nüvədən müdafiə xüsusiyyətinə malikdir. Hücum körpü maşınının şüşələri də güllə keçirmir. Gecə görüntü kameraları olan “Samur” sahib olduğu bu imkanlarla dünyada ən yaxşıdır. Bir çox ölkə ordusuna bu texnikanı cəlb etmək üçün türkiyəli rəsmilərlə görüşlər keçirir.

Xatırladaq ki, bundan öncə də daşınan körpülər Suriyaya göndərilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru