Əgər İŞİD Azezi ələ keçirsə, birbaşa Türkiyə sərhədlərinə dirənəcə

29-08-2015, 20:43           
Əgər İŞİD Azezi ələ keçirsə, birbaşa Türkiyə sərhədlərinə dirənəcə
Bu gecə Türkiyənin Kilis şəhər polisi və terrorla mübarizə idarəsinin Əlibəyli kəndində apardığı əməliyyat nəticəsində İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istəyən 14 nəfər tutulub. Lent.az-ın əməkdaşı Səbuhi Məmmədlinin Suriya sərhədindən verdiyi xəbərə görə, tutulanlardan üçü cənubi Koreyalı , ikisi Britaniya, ikisi isə Rusiya vətəndaşıdır.

İŞİD terrorçuları Suriyanın Tel-rifak qəsəbəsindən Türkiyəyə yaralı daşıyan maşın karvanına hücum edib. Nəticədə 6 yaralı öldürülüb. Dörd yaralı isə Kilis dövlət xəstəxanasına çatdırılıb.

Türkiyənin sərhədindən bir neçə kilometr aralıda yerləşən Azez şəhərində İŞİD və Azad Suriya Ordusu arasında şiddətli döyüşlər gedir: “Atışma və top səsləri bizim dayandığımız yerdən aydın eşidilir. Əgər İŞİD Azezi ələ keçirsə, birbaşa Türkiyə sərhədlərinə dirənəcək”, - deyə əməkdaşımız bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.