"Bəlkə də 2 ay sonra siyasətdən gedəcəyəm" - Alpaslan Türkeşin oğlu

29-08-2015, 20:52           
"Bəlkə də 2 ay sonra siyasətdən gedəcəyəm" - Alpaslan Türkeşin oğlu
MHP atam Alpaslan Türkeşin partiyasıdır və Dövlət Baxçalı da daxil olmaqla kimsə məni üzvlükdən xaric edə bilməz, heç kəsin buna gücü çatmaz.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş nazirinin müavini vəzifəsini qəbul edən MHP millət vəkili Toğrul Türkeş çıxış edib. Partiyadan ona yönəlik ittiham və tənqidlərə sərt cavab verən Türkeş bəyan edib ki, MHP onun həyatıdır. O, AKP-dən transfer təklifi almadığını deyərək, bir siyasi intihara getdiyini söyləyib. “Bəlkə də 2 ay sonra siyasətdən gedəcəyəm. Amma belə zamanda bu riskləri etməsək, nə vaxt edəcəyik?

Bu, ölkənin keçdiyi ağır bir dövrdə məcburiyyətdən irəli gəlir. Ola bilsin ki, məni siyahıya salmasınlar, onda siyasəti buraxıb öz hücrəmə çəkiləcəyəm”, – deyə Türkeş vurğulayıb. Qeyd edək ki, Baş nazir Əhməd Davudoğlunun müvəqqəti hökumət üçün vəzifə təklifini qəbul etdiyinə görə Türkeşə partiyasından sərt qınaqlar gəlməkdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.