Afrin əməliyyatının başladığı gün Pentaqondan – Şok addım

28-03-2018, 11:03           

ABŞ “Zeytun budağı” hərəkatının başladığı gün – 20 yanvar 2018-ci il tarixində Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə və Suriyadakı PKK-çılara dəstək verən İncirlik hərbi bazasını boşaldıb.

Publika.az xəbər verir ki, yanvarın 19-da gecə radələrində bazadakı F-16, F-15 və A-10 qırıcıları çıxarılıb.

ABŞ ordusunun İncirlikdə sadəcə pilotsuz təyyarəsi və 3 helikopteri qalıb. Türk Hava Qüvvələrinin sabiq generalı Bəyazid Qaradaşın verdiyi məlumata görə, Pentaqonun İncirliyə göndərəcəyi 12 ədəd A-10 tipli bombardman təyyarəsi Afqanıstan-Kandahar bazasına yönləndirilib.

ABŞ bu addımı “Suriyada İŞİD terror təşkilatı ilə mübarizə 98% bitdiyi üçün təyyarələr Əfqanıstana göndərilib” bəhanəsilə atıb. Sabiq general bidirib ki, təyyarələrin başqa bazaya göndərilməsi və İncirliyin boşaldılması “PKK terror təşkilatına qarşı mübarizədə yoxuq” mesajı verir: “Vaşinqton terror təşkilatları arasında ikili standart tətbiq etdiyini bir daha göstərdi. Hazırda İncirlikdə Amerikaya aid yalnız yük, yanacaq və kəşfiyyat təyyarələri qalıb. Türkiyə isə “Zeytun budağı” hərəkatının başlaması ilə birlikdə 1 F-16 təyyarəsini İncirliyə göndərib.

Ancaq İncirlikdə hələ də 50 nüvə bombası var. Bu bombalar bazanın liftli yeraltı depolarında mühafizə edilir. ABŞ ordusunun təlim görüntülərində F-15 və F-16 qırıcıları ilə nüvə bombasının sınaqlarının aparıldığı göstərilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru