“Son zamanlar İŞİD xalqın dini biliklərinin az olmasından istifadə edərək, Borçalıda geniş şəkildə təşkilatlanıb”.

1-09-2015, 17:35           
“Son zamanlar İŞİD xalqın dini biliklərinin az olmasından istifadə edərək, Borçalıda geniş şəkildə təşkilatlanıb”.
“Son zamanlar İŞİD xalqın dini biliklərinin az olmasından istifadə edərək, Borçalıda geniş şəkildə təşkilatlanıb”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Haberhergün” saytının araşdırmasında deyilir.

Araşdırmada qeyd olunur ki, buna baxmayaraq, Gürcüstan hökuməti azərbaycanlıların İslami biliklərini artıran dini təşkilatların fəaliyyətinə də imkan vermir: “Gürcüstan hökumətinin bu mövqeyi yerli xalqın radikallaşmasına gətirib çıxarır və nəticədə onlar İŞİD-ə qoşulurlar. Əksinə hökumətin xalqın inandığı dini birliklərlə əməkdaşlığı İŞİD-in bölgədəki təsirini azalda bilər”.

Məqalədə bildirilir ki, bölgənin əsas əhalisi olan azərbaycanlıların yaşlı təbəqəsi radikal dini təşkilatlara meyl etmir: “Bunun əvəzində gənc nəslin İŞİD-ə meylliyi çoxalır. Əvvəllər, xüsusilə Saakaşvili dönəmində bölgədə müxtəlif formalarda İslam dininin yayılmasına maneələr törədilirdi. Bunun nəticəsi olaraq dini biliklər azalıb və İŞİD də bundan istifadə edə bilir”.

Araşdırmada Borçalı bölgəsinin müxtəlif yerlərində İŞİD-çilərə aid məscidlərin açıldığı qeyd olunur.

“Konkret olaraq, Borçalının Qaracalar kəndində İŞİD-çilərə aid məscidlər açılmağa başlanıb və kəndə İŞİD tərəfdarları artıb. Beləliklə, İŞİD Borçalı üçün ciddi təhlükəyə çevrilib. Hökumət buna qarşı sərt mübarizə aparır. Lakin bölgədəki azərbaycanlılara qarşı təzyiqlərin mövcud olması əhalini radikallaşdırır və bu, aparılan mübarizənin effektini azaldır”, - deyə məqalədə vurğulanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.