Qismən də olsa bu il ərzində Rusiya ilə vizalar aradan qaldırılacaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” televiziyasında yayımlanan “Həftə sonu” proqramında çıxışı zamanı deyib.
“Bəlkə də ilin sonuna qədər Prezident Ərdoğanla Putin arasında bir telefon söhbəti baş tutar, ya da ilk görüşəcəkləri zaman “Gəlin, vizaları aradan qaldıraq” dedilər”, - Çavuşoğlu bildirib.