Qazaxıstan da silkələndi

6-05-2018, 13:53           

Qazaxıstanda 5.5 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, Qazaxıstanın Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Eksperimental-Metodik Seysmoloji Ekspedisiyası zəlzələnin yerli vaxtla 13:06-da baş verdiyini bildirib.

"Zəlzələnin episentri Almatı şəhərindən 321 km şimal-şərqdə Qazaxıstan ərazisində yerləşib. Zəlzələnin enerji sinfi - 11.9, maqnitudası - 5.5 bal", - EMSE-nin məlumatında deyilir.

Zəlzələ ocağının dərinliyi 5 km olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.