Dudayevin ölümü ilə bağlı ilginc iddia - Türk agentin vasitəsilə

15-05-2018, 09:12           

Çeçenistanın mərhum birinci Prezidenti Cövhər Dudayev 1995-ci ildə Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) agenti vasitəsi ilə öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu iddia 20 il əvvəl Rusiyanın RTR kanalının “Tam Gizli” proqramında səsləndirilib.
Həmin proqramda qeyd edilib ki, Cövhər Dudayevin yeri Dağıstanda həbs edilən MİT-in İsaq Qasab adlı agentindən əldə edilən telefon şifrəsi sayəsində müəyyən edilib və daha sonra öldürülüb. Qeyd olunub ki, İsaq Qasab Dudayev üçün elektron xəbərləşmə sistemi quran şəxs olub.

Yeri gəlmişkən, həmin proqramda danışan Federal Təhlükəsizlik Xidmətinin mütəxəssisi Aleksandr Mixayılov deyib ki, çeçenlərlə müharibə dövründə bir qrup FSB əməkdaşı ilə Türkiyəyə səfər ediblər:

“MİT-lə detallı görüşlərimiz oldu. Türkiyənin dövlət olaraq çeçenləri dəstəkləmədiklərini, amma Türkiyədəki çeçen diasporunu kontrol etmədiklərini bildirdilər. Daha sonra təcrübədə yaşananlar ortaya fərqli görüntü çıxardı. Çeçenistan hadisələrində MİT-in əl altından müharibəyə qarışdığı və çirkin işləri ortaya çıxdı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru