Ərdoğan: "Tarix ABŞ və İsraili bağışlamayacaq"

16-05-2018, 08:23           
Ərdoğan: "Tarix ABŞ və İsraili bağışlamayacaq"
"Tarix ABŞ və İsraili bağışlamayacaq, biz bunun şahidi olacağıq".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Tereza Meylə Londonda birgə keçirdiyi mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda Fələstinə dair qarşıdakı sammiti bütün dünya üçün ciddi siqnal olacaq. Türkiyə lideri bundan başqa beynəlxalq ictimaiyyəti və BMT-ni dərhal hərəkətə keçməyə və Fələstində zorakılıqlara son qoymağa çağırıb.

Ərdoğan həmçinin müasir dünyada "güclünün hüququndan" istifadənin yolverilməzliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru