Ərdoğan yenə yəhudilərə meydan oxudu: "Biz İsrail zülmünə razılıq verməyəcəyik"

17-05-2018, 08:42           

“Bütün dünya göz yumsa da, biz İsrail zülmünə razılıq verməyəcəyik”.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Fələstinlilər yenidən repressiyaya məruz qaldılar. Fələstinli qardaşlarımıza hər cür vasitə ilə kömək etməyə davam edəcəyik. Bütün dünya göz yumsa da, biz İsrail zülmünə razılıq verməyəcəyik. İsrailin hərəkətləri yol veriləndirsə, o zaman dünya quldurluğun hökm sürdüyü xaosa yuvarlanacaq”, – deyə Ərdoğan qeyd edib.

O, həmçinin Qəzzadakı hadisələrin fonunda BMT-ni tənqid edib: “BMT bu olaylar qarşısında bitib, tükənib, çöküb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru