Dövlət Departamenti Türkiyənin ABŞ-dakı səfirinin geri çağırılmasını şərh edib

18-05-2018, 08:26           

Ankaranın Vaşinqtondakı səfirini geri çağırmaq qərarı heç də ABŞ-Türkiyə münasibətlərinin zəifləməsi demək deyil, Ankara mühüm tərəfdaş olaraq qalmaqdadır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.



“Biz Türkiyənin səfirini geri çağırmaq qərarından məlumatlıyıq. Bu Türkiyənin qərarıdır, bu cür addım atmağa onun hüququ var. Mən hesab etmirəm ki, bu Türkiyə hökuməti ilə əlaqələrimizi zəiflədəcək. Onlar NATO üzrə çox mühüm tərəfdaş olaraq qalmaqdadır ”, - deyə Hizer Nauert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru