Akşənərin "7 maddəsi": Prezident seçilsəm...

19-05-2018, 09:00           

Türkiyənin İYİ Partiyasının lideri Maral Akşənər prezident seçiləcəyi təqdirdə, ilk görəcəyi 7 işi açıqlayıb.

Axar.az xəbər verir ki, Akşənərin 7 bənddən ibarət planı belədir:

1. İlk gün qayınanama zəng edəcəm və deyəcəyəm ki, ana, qızın Türkiyənin ilk qadın prezidenti oldu.

2. Sonra həyat yoldaşıma deyəcəm ki, nəvə başda olmaqla, ailənin bütün üzvləri sənə əmanətdir. Mən gedirəm, yoldaş, başına çarə qıl.

3. Yaxşı transportyor tapacam. Çankaya köşkündən saraya gətirilən, bu millətə, bu dövlətə aid olan bütün tarixi əşyaları geri qaytaracam.

4. Sonra dərhal Türkiyə Həmrəylik Fondu - hazırladığımız iqtisadiyyat proqramı üçün işə başlayacağıq.

5. Gənclərə iş tapana qədər maaş verilməsi ilə bağlı addım atacağıq.

6. Şəkər zavodlarının satışı ilə bağlı imtinalara başlayacağam.

7. Universitetlərin bölünməsilə bağlı qərarı aradan qaldıracam.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru