Bülənt Ərsoy: “Suriyalı qaçqınlara kömək etmərəm” – FOTO

13-09-2015, 22:02           
Bülənt Ərsoy: “Suriyalı qaçqınlara kömək etmərəm” – FOTO
Alış-veriş mərkəzlərinin birindən çıxarkən görüntülənən müğənni Bülənt Ərsoy maraqlı açıqlamaları ilə yadda qalıb.
Mətbuatın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi jurnalistlərin “Nə işlə məşğulsunuz” sualına “Heç bir işlə. Dayanmadan pul xərcləyirəm” cavabını verib.
Bülənt Ərsoyun “Türkiyəyə gələn suriyalı qaçqınlara kömək etməyi düşünürsünüz” sualına münasibəti isə belə olub:
“Xeyr. Mən onların ölkəmizə gəlmələrinin tərəfdarı deyiləm. Necə başa düşülür-düşülsün. Bizim də ac insanlarımız, yoxsulluqla mübarizə aparan əhalimiz var. Mənim öz vətəndaşlarım dura-dura onlara kömək etmərəm. Kim istəyir əsəbləşsin, amma mənim fikrim belədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru