Azərbaycanlıları İŞİD-ə satan satqın dəstəsi ifşa edildi – MƏXFİ ƏMƏLİYYAT

14-09-2015, 20:43           

Türkiyə mətbuatına istinadən teref.az xəbər verir ki,Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriya-Türkiyə sərhədləri yaxınlığında fəaliyyət göstərən casus şəbəkəsini çökdürüb.

Mersində fəaliyyət göstərən qruplaşma Suriyada türkmanlara aid cəbhələr, həmçinin, müxalif qruplar haqqında topladıqları məlumatları pul qarşılığında müxtəlif ölkələr kəşfiyyat xidmətlərinə satırmış. Qruplaşmanın lideri olan Menedi Əlsəid və 6 üzvü həbs olunub.

Tamamilə məxfi keçirilən əməliyyat zamanı toplanan məlumatların incələndiyi “mətbuat bürosu”nun olduğu da aşkarlanıb. Casus şəbəkəsinin Türkiyənin əleyhinə istifadə oluna biləcək məlumatlar da ələ keçirdiyi məlum olub. Onlardan pul qarşılığında məlumat alanlar isə Türkiyəyə qonşu olan bəzi ölkələr və bəzi Körfəz ölkələrin kəşfiyyat xidmətləri imiş.

Şəbəkənin lideri M. Əlsaid de-şifrə olmamaq üçün Muhanned Əlsaid, Muhanned Tarıf, Muhanned Sıhatıye, Muhanned Əl Hamed Əl Əsadi kimi müxtəlif adlardan istifadə edib. O, xüsusilə Suriyada topladığı məlumatları xarici xüsusi xidmət orqanlarına satırmış.

Şəbəkənin Türkman cəbhələri və müxalifətlə bağlı məlumatları İŞİD-ə də ötürdüyü deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.