İngilis ordusunun yəhudi əsilli əsgəri PKK-ya qoşuldu - "Sionist simvollarını məscidlərə yazanda özümü xoşbəxt hiss edirəm"

16-09-2015, 16:04           
İngilis ordusunun yəhudi əsilli əsgəri PKK-ya qoşuldu - "Sionist simvollarını məscidlərə yazanda özümü xoşbəxt hiss edirəm"
İngiltərə ordusunun sabiq əsgəri Timoti Paul Yakob Vordsvord PKK sıralarına qoşulub.

Avropa.info xəbər verir ki, Timoti Vordsvord vaxtilə xristian olduğunu iddia edərək nasistlərin əlindən qaçmış bir sionistin nəvəsidir. Yevangelist məzhəbinin qatı tərəfdarı olan sabiq ingilis əsgəri “The Jarusalem Post” qəzetinə müsahibə verib. Müsahibəsində Davud peyğəmbər soyundan olacaq ikinci Məsihin qayıdışını sürətləndirmək İslam torpaqlarında olduğunu bildirib.

90-cı illərdə Bosniyada sülhməramlı qüvvələrdə xidmət edən Vordsvud bir müddət xristian kimi görünsə də, əslində yəhudi olduğunu və Londondakı Reform Sinaqoq icmasının bir nümayəndəsi olduğunu bildirib.

O, ABŞ-ın hərbi dəstəyi ilə PKK-nın aldığı bölgələrdəki məscidlərə sionist ravinlərin adlarını, sionist simvol və mesajlar yazarkən xoşbəxt olduğunu və etdiyinin onu mənən yüksəltdiyini deyib:

“Ravin Hahmanın adını yazdığım zaman içimə işıq gəlir, bu həqiqətən hiss edirəm”.

Vordsvord dostlarının çoxunun Suriya Kürdüstanını xilas etmək üçün öldüyünü bildirib. O, kürdlərin müstəqillik üçün İsraili nümunə götürdüyünü də deyib. İsrail isə öz növbəsində kürd könüllülərə necə dəstək verə biləcəyinin yollarını axtarır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.