Türkiyədə total həbslər – məşhur iş adamları tutuldu

16-09-2015, 23:11           
Türkiyədə total həbslər – məşhur iş adamları tutuldu
Kayseridə 11 nəfər həbs edilib. Həbs edilənlər arasında nüfuzlu iş adamları da var .
Sentyabrın 16-da səhər saatlarında başlanan əməliyyatda polis öncədən müəyyən etdiyi “paralel yapı” üzvlərinin iş yerlərində və mənzillərində axtarış aparıb. Həbs edilənlərdən biri
14 min işçisi olan Boydak Holdinq-in rəhbəri, eyni zamanda TÜSİAD İdarə Heyətinin üzvü Memduh Boydakdır.
TÜSİAD-ın bu haqda açıqlamasına prosesin iş dünyasına ziyan vurduğu bildirilir: “Bir müddətdir iş dünyasını ağır ittihamlarla rahatsız edən bu atmosferə diqqət çəkərək bu durum dəyişməsinin vacib olduğunu bildiririk”.
Memduh Boydak eyni zamanda Melikşah Üniversiteti rəhbərliyində təmsil olunur. Səhər saatlarında universitetə gələn polislər orada axtarış aparıb və rəhbər heyətdən daha 3 nəfəri həbs edib.
Həbs edilən 11 nəfər Kayseri xəstəxanasında müayinə edildikdən sonra polis idarəsinin müvəqqəti saxlama təcridxanasına göndərilib. “Hürriyet” yazır ki, əməliyyat daha da genişlənə bilər. Haqqında həbs tədbiri seçilməsi haqqında hüquq-mühafizə orqanlarındakı mənbələrdən xəbər alan 2 iş adamı isə əməliyyatdan bir neçə saat öncə Türkiyədən qaçıb.
Diqqət çəkən faktdır ki, Memduh Boydakın həbs xəbəri yayılandan az sonra Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu Boydak Holdinq-in İdarə Heyəti sədrinin müavini Mustafa Boydaka “keçmiş olsun” zəngi edib (musavat.com).














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru