Yataqda sevgilisi yerinə arvadını görən kişinin dili tutuldu
17-09-2015, 23:47
Türkiyə film kimi olay baş verib.
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, olay suriyalı qaçqınların ən çox miqrasiya etdiyi şəhərlərdən Kilisdə qeydə alınıb. Üç uşaq atası olan 49 yaşlı iş adamı A.U. yasaq eşq yaşadığı suriyalı Ayşa A.-ya ev icarəyə götürərək tez-tez onun ziyarətinə getməyə başlayıb.
17 illik ərinin davranışlarından şübhələnən İ.U. bir az araşdırma aparıb yoldaşlarından həyat yoldaşının əlaqəsini və icarəyə götürdüyü evin yerini öyrənib. Ərinin “geç gələcəyəm” dediyi gün sözügedən evə gedib özünü təqdim edib. Suriyalı sevgilini, "səni zinadan şikayət edərəm” deyərək qorxudub. Bundan sonra evin bir küncündə gizlənib yoldaşını gözləyib. Əri ilə suriyalı sevgilisinin bir saat sürən söhbətinə gizləndiyi yerdən qulaq asıb. İş adamı hamama gedəndə suriyalı sevgilisini yataqdan çıxarıb, yerinə keçib. Hamamdan qayıdan iş adamı, yenidən girdiyi yataqda arvadını görəndə şok keçirərək özündən gedib. Dili tutulan iş adamı 10 gün müddətində psixoloji müalicə alıb.