“Kürdlərin əlində olan silahlar əvvəl-axır Türkiyəyə qarşı yönələcək”

18-09-2015, 11:19           
“Kürdlərin əlində olan silahlar əvvəl-axır Türkiyəyə qarşı yönələcək”
ABŞ xüsusi təyinatlıları İŞİD-lə mübarizə aparan kürdlərə yardım məqsədi ilə Suriya ərazisinə daxil olub.
Maraqlıdır, Suriya kürdlərinin İŞİD problemi tam və ya qismən həll olunacağı təqdirdə onlar öz silahlarını PKK ilə mübarizə aparan Türkiyəyə doğru çevirə bilərmi? İŞİD-ın məhvinin Türkiyəni kürd silahlılarının yeganə hədəfi halına gətirməsi mümkündürmü?
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa ABŞ-ın kürdlərlə bağlı mühüm planlara malik olduğunu və kürdlərin əlindəki bütün silahların gec-tez Türkiyəyə çevriləcəyini bildirib:
“ABŞ-ın burada əsas məqsədi kürd separatçılarının gələcəkdə bölgədə ciddi bir gücə çevrilməsi və Türkiyəyə problemlər yaratmasıdır. İŞİD və başqa amillər bəhanədir. Ona görə də Türkiyə buna imkan verməmək üçün tədbirlər görməlidir. Kürdlərin əlində olan silahlar əvvəl-axır Türkiyəyə qarşı yönələcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.