HDP-PKK liderinin erməni olduğu təsbit edildi - FOTOFAKT

18-09-2015, 12:57           
HDP-PKK liderinin erməni olduğu təsbit edildi - FOTOFAKT
Türkiyədə HDP-nin həmsədri, kürdlərin lider olaraq qəbul etdiyi Səlahəddin Dəmirdaşın kimliyi haqda şok iddia yayılıb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə türk istifadəçilər tərəfindən yayılan fotoda Səlahəddin Dəmirdaş adlı birinin əslində başqası olduğu və polislə toqquşmada vəfat etdiyi əks olunub. HDP-nin lideri S.Dəmirdaşın isə Aqor Sapşikyan adlı bir erməni olduğu iddia edilir.

Əsl Dəmirdaş - O, qatı solçu olub. 1988-ci ildə Ankara Universitetindən hüquqşünas olaraq məzun olub. Elə həmin il polislə silahlı qarşıdurmada həyatını itirib.

HDP lideri olan Dəmirdaş - 1988-ci ildə Səlahəddin Dəmirdaş olaraq tanınan HDP liderinin əsl kimliyi isə hər kəsi dəhşətə gətirir. İddiaya görə, HDP liderinin əsl adı Aqor Sapşikyandır. İsrail kəşfiyyat xidməti MOSSAD tərəfindən qatı solçuları ələ almaq üçün casus olaraq onların arasına salınıb.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın gizli sirlərini ortaya çıxaran “Vikiliks” HDP lideri S.Dəmirdaşın siyasətə necə gətirildiyi haqda şok məlumatlar yaymışdı.

ABŞ-ın Türkiyədəki səfirliyi tərəfindən 14 oktyabr 2005-ci ildə hazırlanan və Dövlət Departamentinə göndərilən gizli hesabatda həmin dövrdə İnsan Haqları Dərnəyinin Diyarbəkir şöbəsinin sədri olan Səlahəddin Dəmirdaş ilə aparılan danışıqlar əks olunub. Hesabatda Dəmirdaşın Beynəlxalq Ziyarətçi Liderlik Proqramının keçmiş iştirakçısı olduğu ifadə edilir. Bu proqram isə ABŞ-ın siyasətçi yetişdirmə proqramı kimi tanınır.

Sənəddə qeyd olunur ki, 27 sentyabr 2005-ci ildə ABŞ-ın Ankaradakı səfiri ilə görüşən Dəmirdaş Türkiyə əleyhinə danışıb. Görüşdə Dəmirdaş Türkiyənin cənub-şərq hissəsindəki xalqın 50 faizinin PKK-nı dəstəklədiyini səfirə deyib. O həmçinin səfirə yeni bir kürd partiyası quracağını, lakin qurulacaq partiyada yer alacaq şəxslərin PKK-ya çox yaxın olması səbəbindən üzdə konstruktiv siyasi xətt yeridən siyasətçilərə ehtiyaclarının olduğunu deyib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.