İŞİD-in 7 kamikadzesi terror törətmək üçün Türkiyəyə keçdi ŞOK HESABAT

18-09-2015, 13:23           
İŞİD-in 7 kamikadzesi terror törətmək üçün Türkiyəyə keçdi ŞOK HESABAT
Türkiyə ərazisində yeni cəbhə açılır. İŞİD terror qruplaşması Türkiyədə PKK-ya qarşı döyüşlərə başlamaq niyyətindədir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in kamikadzeləri diqqət çəkməmək üçün saqqal və bığlarını kəsərək Türkiyəyə daxil olublar. Türkiyənin xüsusi xidmət orqanları onların PKK-ya qarşı terror aktlarını planlaşdırdığını üzə çıxarıb. Kəşfiyyat qurumlarının Daxili İşlər Nazirliyinə təqdim etdiyi hesabatda qeyd edilir ki, İŞİD İraqın Telafer, Tuzhurmatu və Kərkük şəhərlərindən 7 üzvünü Türkiyəyə göndərib. Onların türkmən və ərəb mənşəli olduğu bildirilir. Hesabatda onlardan 5-i ilə bağlı aşağıdakı məlumatlar verilib: - Brahim Məhəmməd Selmo: kamikadzedir.

- Çingiz Ruşit Abbas: bir ay əvvəl Türkiyəyə gəlib. 45 yaşındadır və İŞİD-in lider heyətində yer alıb.

- Məhəmməd Hüseyn: 4 gün əvvəl Türkiyəyə gəlib. 45-47 yaşlarındadır və İŞİD-in hərbi qanadında vəzifədədir.

- Teymur Abdurrauf Musa: bir həftə əvvəl Türkiyəyə gəlib. İŞİD-in hərbi qanadında vəzifədədir.

- Elmala Əbu Amar: Suriya vətəndaşıdır. Kamikadze olma ehtimalı yüksəkdir.

Türkiyənin xüsusi xidmət orqanları həmçinin PKK-nın dağ heyətindən 7 terrorçunu İstanbula göndərdiyini və onların Egey bölgəsində terror aktlarını planlaşdırdığını müəyyənləşdirib. Ələ keçməməsi üçün daim yerlərini dəyişdirən terrorçular bir-birindən xəbərsiz terror aktlarını həyata keçirməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru