100-ə yaxın PKK-çı terrorçusu məhv edildi

19-09-2015, 19:40           
100-ə yaxın PKK-çı terrorçusu məhv edildi
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi iki əməliyyat nəticəsində 100-ə yaxın PKK terrorçusu məhv edilib.

“Milliyet” qəzetinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin F-16 və F-4 2020 döyüş təyyarələrinin sentyabrın 15-də İraqın şimalındakı Sinat-Haftanin bölgəsində PKK mövqelərinə həyata keçirdiyi əməliyyat nəticəsində terror təşkilatının istifadə etdiyi mağara, ağac altı çadırlar, xüsusi qorunan sığınacaqlar, silah-sursat anbarları və yerüstü sığınacaqlar vurulub. Əməliyyat nəticəsində ilkin hesablamalara görə, azı 55-60 terrorçu öldürülüb.

Daha bir əməliyyat isə Tunceli vilayətinin Ovacık bölgəsində baş tutub. “Şəhid polis Aydın Nazillioğlu” adlı əməliyyat zamanı 30-35 PKK terrorçusu məhv edilib (APA).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru