Ruslar Antalyaya axın edir – Uçuşlara tələbat kəskin artıb

1-08-2018, 00:48           
Ruslar Antalyaya axın edir – Uçuşlara tələbat kəskin artıb
Moskvanın Domodedova aeroportundan Türkiyə istiqamətinə sərnişin axını yayın birinci yarısında 2017-ci illə müqayisədə demək olar, 30 faiz artıb.

İyunun 1-dən yarım milyondan artıq insan Türkiyənin turist şəhərlərinə və geriyə Domodedova aeroportundan uçub.

Hal-hazırda Domodedovanın həmkarları hər həftə Moskvadan Antalyaya 90 reys yerinə yetirirlər. Türkiyə şəhərlərinin marşrut xəritəsi 6 istiqaməti özündə birləşdirir: Alanya, Antalya, Bodrum, Dalaman, İzmir və İstanbul. Bu şəhərlərə sərnişin axını yayın əvvəlindən 500,6 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,3 faiz çoxdur.

İyul ayında Antalya kurortlarında turistlərin sayına görə, rusiyalılar rekord vurublar.

Ən populyar istiqamətlər arasında Antalya lider olub. Bu il mövsüm başlayandan bəri Domodedovadan bu şəhərə 322,2 min insan uçub. Antalya həm də beynəlxalq hava xətləri arasında ən çox tələb olunan aeroportdur və aviadaşımaların artım ahənginə görə, tələbatın ən çox olduğu marşrutlar reytinqinə başçılıq edir.
azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.