Türkiyə dollarla ticarətdən imtina edir

12-08-2018, 00:46           
Türkiyə dollarla ticarətdən imtina edir
Türkiyə əsas ticarət tərəfdaşları – Çin, Rusiya, İran və Ukrayna ilə hesablaşmaları milli valyutada aparmağa hazırlaşır.

BakuPost xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Cümə günü ABŞ prezidenti Donald Tramp Türkiyədən Amerikaya ixrac olunan alüminyum və polada tətbiq edilən rüsumun 2 dəfə artırılmasına sanksiya verib. Nəticədə Türkiyə lirəsi kəskin surətdə ucuzlaşıb.

ABŞ və Türkiyə arasında münasibətlər həmçinin 2016-cl ildə həbs edilən amerikalı rahib Endrü Bransonun işinə görə də gərginləşib.

Ərdoğan bildirib ki, Avropa ölkələri “dollar buxovundan azad olmaq istəsə”, o zaman Ankara onlarla da analoji hesablaşmalara keçməyə hazırdır.

“Heç kim Türkiyəni iqtisadiyyat sahəsində qarşısına qoyduğu məqsəddən yayındıra, terrorçuluqla mübarizədən geri çəkilməyə məcbur edə bilməz. Bunu açıq bəyan edirəm. Türkiyə Suriya və İran siyasətini dəyişməyəcək”, – Ərdoğan deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru