Cinsi istəyi gücləndirir, xərçəngi önləyir, arıqladır... – Əliniz altındakı çarə

21-08-2019, 10:04           
Cinsi istəyi gücləndirir, xərçəngi önləyir, arıqladır... – Əliniz altındakı çarə
Razyana afrodiziak təsiri yaradaraq müxtəlif xəstəliklərə şəfa verə bilər.

Teleqraf.com xəbər verir ki, alimlərin fikrincə, bu bitki bir neçə xəstəliyə dərmandır.

Razyana afrodiziak təsiri yaradaraq cinsi gücü iki dəfəyə qədər gücləndirir. Qan axınını sürətləndirən razyanadan düzgün istifadə ereksiya problemini aradan qaldırır.
Bədəndə qaz və şişkinliyi artıran razyana əzələləri yumşaldır, sancılara müsbət təsir edir. Ürəyi bulananlar və qarın ağrısından əziyyət çəkənlər üçün əla vasitədir.


Xərçəngə qarşı effektiv təsir göstərir, xroniki xəstəliklərə meydan oxuyur. Razyana toxumlarındakı əsas aktiv birləşmələr anesol xərçənglə mübarizənin ən səmərəli üsuludur.

Razyana ağızdakı pis qoxuların yaranmasını da əngəlləyir. Onun yarpağı ilə qarqara etmək ağızdakı pis qoxuların əmələ gəlməsini aradan qaldırır.

Razyana və toxumlarının tərkibində bol miqdarda B və C vitaminləri, kalsium, maqnezium, potasium kimi qidalar mövcuddur. Razyananın bütün hissələri limon, xlorogen turşusu kimi güclü antioksidanlarla zəngindir.

Qadınlarda klimaks dövründə istilik yaranması, vaginal qaşıntı, quruluq, cinsi funksiyalar, yuxu pozuntularını da yumşaldır.

Razyana mədəyə həzm üçün yardım funksiyası rolunu oynayır. Eyni zamanda, toxluq hissi yaradaraq yeməyin qarşısını alır. İştahın azalmasına da çox effektiv təsir göstərir. Bununla da arıqlamaq istəyənlər bu faydalı bitkiyə müraciət edə bilərlər.

Yeni ana olan qadınlarda isə südün miqdarını çoxaldır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.