Siyasi arenada “qeybə” çəkilən tanınmışlar... - Əliağa Hüseynov, Nemət Pənahlı...

9-10-2019, 10:21           
Siyasi arenada “qeybə” çəkilən tanınmışlar... - Əliağa Hüseynov, Nemət Pənahlı...
Siyasi arenada “qeybə” çəkilən tanınmışlar...
Azərbaycanın ictimai-siyasi arenada elə məşhur fiqurlar var ki, çoxdandır “qeybə” çəkiliblər. Onlar həmişə müsahibələri, çıxışları ilə gündəmə gələrdilər, fəallıqlarına görə seçilərdilər. Son dövrlərdə isə səs-soraqları gəlmir, tədbirlərdə görünmürlər.

“Yeni Müsavat”ın “Görünməyən siyasətçilər” rubrikası üçün onların bəzilərinin adlarını tərtib etmişik.

Onların arasında 1998-2009-cu illərdə Azərbaycanın hərbi komissarı olmuş, Salyanın icra başçısı işləmiş, indi Milli Məclis üzvü olan Əliağa Hüseynov diqqət çəkir.

Deputat Ə.Hüseynov vaxtaşırı qalmaqallı açıqlamaları, biznesi ilə gündəmə gələrdi.

Amma parlamentarinin axır vaxtlar MM-də çıxışlarını eşitmək olmur. Ə.Hüseynov “qəhətə” çıxan tək tanınmış deyil.

Milli Azadlıq Hərəkatının aparıcı fiqurlarından biri, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da siyasi kluarlarda gözə dəymir..

Onun müxalif düşərgə ilə birgə fəaliyyəti də yoxdur, konfranslarda iştirakı nəzərə çarpmır, sosial şəbəkələrdə aktiv deyil. Bunun səbəbini özündən də soruşmağa cəhd elədik.

N.Pənahlı “Yeni Müsavat”a lakonik bir cavab verdi: “Xor olan yerdə mən olmuram. İndi hamı xor oxuyur. Mən o vaxt görünürəm ki, orada heç kəs danışmır”.

N.Pənahlı danışmağa vaxtı olmadığını deyərək əlavə suallarımızı cavablandırmadı. N.Pənahlı kimi media ilə məsafə saxlayan, ictimai fəallığı olmayan şəxslərdən biri də keçmiş baş prokuror Əli Ömərovdur.

O da zənglərə gec cavab verər, mediadan qaçar, ictimai-siyasi tədbirlərə nadir hallarda qatılar. Əslində siyahını çox uzatmaq olar. Məsələn, müxalifətin məşhur simalarından olmuş Lalə Şövkət, Etibar Məmmədov, sabiq nazir Heydər Babayev və s.

Ümumiyyətlə, dünyanın demokratik ölkələrində belə bir ənənə var: siyasətdə uğur qazana bilməyənlər, daha dəqiqi, seçkilərdə bir neçə dəfə uduzan siyasətçilər siyasətə əlvida deyirlər.

Azərbaycanda da buna bənzər bir tendensiya var. Hər prezident və parlament seçkisindən sonra cəmiyyətdə siyasətçi kimi tanınan bir sıra şəxslər siyasətdən çəkilib şəxsi həyat yaşamağa başlayırlar.
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.