Beləliklə, ermənilərin Qacar kəndinə hücumu onların 400 nəfər itki verməsi ilə nəticələndi.
Bu gün, 16:04

1905-ci il "erməni-müsəlman davası"nın canlı şahidi Mir Möhsün Nəvvab yazır:
"Erməni tayfası kəndlərdən bir neçə dəstə yaradaraq Qacar kəndinə hücum etdilər. Qacar kəndinin yerləşdiyi ərazi təhlükəli idi. Çünki kənd erməni kəndləri ilə əhatə olunmuşdu və bu rayonda müsəlmanlar az idi.
Əvvəlcə ermənilər kəndin kənarında yerləşən üç evə hücum etdilər. Həmin evlərdən birinə və həyətlərdə yığılmış ot tayalarına od vurub yandırdılar. Bu zaman iki nəfər müsəlman şəhid oldu, biri isə yaralandı.
Əhvalatdan xəbər tutan kimi Qacar kəndinin əhalisi əvvəlcədən hazırladıqları silahlarla silahlanaraq ermənilərin qarşısına çıxdılar və onları hər tərəfdən gülləyə tutdular. Atışma bir neçə saat davam etdi.
Ermənilərin hücumu barədə xəbər alan kimi ətraf müsəlman kəndlərindən çoxlu atlılar və piyadalar Qacar əhalisinin köməyinə gəldilər. Köməyə gələn qüvvələrlə birlikdə Qacar kəndinin igidləri erməniləri mühasirəyə aldılar. Onlar nərə çəkib: «A gədə, dur, gəldim!» – deyərək düşməni gülləyə tuturdular. Qacar əhalisi kəndin içindən, köməyə gələn qüvvələr isə arxadan hücum edərək erməniləri qırmağa başladılar.
Müsəlmanlar «Ya Əli!» nərəsi ilə onları təqib edib döyüş meydanından çıxarırdılar. Nəticədə ermənilər Tağ və Tuğ kəndlərinə qədər qovuldular. Hər tərəf erməni meyitləri ilə dolu idi. Çoxlarının tüfəngi, tapançası, patron və patrondaşları yanlarında qalmışdı.
Qacar kəndinin ətrafında – yollarda 135 nəfər, çöllərdə isə 265 nəfər erməni öldürülmüşdü. Beləliklə, ermənilərin Qacar kəndinə hücumu onların 400 nəfər itki verməsi ilə nəticələndi."
Milli Kimlik
TEREF