Gecələr Modemi Söndürmək Lazımdırmı? Cavab

11-12-2019, 00:22           
Gecələr Modemi Söndürmək Lazımdırmı? Cavab
Hayatımızın hər bir sahəsində kabelsiz internet köməyimizə çatır. Bəs görəsən kabelsiz internetin sağlamlığa təsirləri barədə kifayət qədər informasiyaya malikik?

1Arada.az sizə kabelsiz internetin sağlamlığa verdiyi zərərlərdən söhbət açacaq:

Həkimlər kabelsiz internet cihazlarının elektromaqnit dalğalar yaratdığı və onların sağlamlığa verdiyi zərərlər üzəribndə bir çox araşdırmalar aparıblar. Araşdırmaların nəticələrinə görə, elektromaqnit dalğaları hüceyrələr tərəfinən udulur və orqanizmdə bir çox dəyişikliklərə səbəb olur.

Belə ki, wi-fi siqnalları toxumaların zədələnməsinə, genetik dəyişikliyə, sperm sayının azalmasına, əsasən də kişilərdə sonsuzluğa, diqqət pozuntusuna, uşaqlarda qavrama pozuntusuna gətirib çıxardığı məlum olub.

Əsasən də uşaqları modemdən uzaq tutlması vacibdir. Modem istifadə edilmədikdə, əsasən də gecələr söndürülməlidir. Modemi uşaq otağına da yerləşdirmək olmaz. Çalışın ki, modemi ümumiyyətlə yataq otaqlarından uzaqda quraşdırasınız. Əsasən də uşaqların yataq otağında olan modemin olmaması və gecələr söndürülməsi tövsiyə edilir.

Əsasən də ofis işçiləri arasında xroniki yorğunluq, yuxusuzluq, diqqət pozulması kimi hallar yaşanırsa, bunun səbəbi Wi-Fi siqnalları ola bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.