Yunus Oğuz qərarından VAZ KEÇİB? - Dünənki statusunu silib...

13-12-2019, 20:13           
Yunus Oğuz qərarından VAZ KEÇİB? - Dünənki statusunu silib...
Məlum olduğu kimi, dünən "Olaylar" qəzetinin baş redaktoru, Milli Vəhdət Partiyası​nın sədri Yunus Oğuz Azərbaycan vətəndaşlığından imtina edəcəyi haqda sosial şəbəkədə status paylaşmışdı.

DİA.AZ həmin statusu xatırladır:

"Əziz dostlar. Çox az qalıb, cənab prezidentimə müracət edib məni vətəndaşlıqdan çıxartmağını xahiş edəcəm. Səbəblərini müraciətimdə bildirəcəm".


DİA.AZ bildirir ki, bu gün isə Yunus Oğuz Facebook səhifəsində həmin statusunu silib. Bu isə baş redaktorun qərarından daşınması kimi qəbul edilir.

Qeyd edək ki, Yunus Oğzun özü şəxsən bu barədə hansısa açıqlama verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.