Hansı spirt daha yaxşı dezinfeksiya edir? – AÇIQLAMA

6-07-2020, 14:07           
Hansı spirt daha yaxşı dezinfeksiya edir? – AÇIQLAMA
Viruslardan qorunmaq üçün dezinfeksiyaedici kimi seçilən vasitələrin hansının daha təsirli olması hər zaman maraq doğurub.

Amma son günlər koronavirus təhlükəsi ilə bağlı bu haqda suallar daha çox aktuallıq kəsb edir. Mütəxəssislər ilk növbədə əlləri tez-tez sabunla yumağı, spirtlə təmizləməyi tövsiyə edilər.

Sosial şəbəklərdə yayılan məlumatlarda isə bildirilir ki, apteklərdə satılan dezinfeksiya məhsulu olan spirtdən meyvə arağının qoxusu gəlir.

Maraqlıdır, spirtin tərkibinin dəyişiməsi virusu öldürmə bacarığına sahibdirmir? Ümumiyyətlə, necə dərəcəli spirt koronavirusu öldürür?

Bu barədə Cebhe.info-ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, tibbdə istifadə edilən istənilən növ spirt virusu öldürmək bacarığına sahibdir:

"Spirt demək olar ki, qıcqırma predmenti olan hər şeydən əmələ gələ bilər. Meyvə qoxusunun gəlib-gəlməməsi əsas deyil. Yəni istənilən halda, o da bir spirt növüdür və dezinfeksiyaedici xarakter daşıyır. Əgər tərkibində metil spirti yoxdursa, o tibbdə istifadəyə yararlıdır, texniki deyil. Ona görə də onun meyvədən əmələ gəlməsi problem deyil. Təbii ki, spirt 96 faizlikdirsə, 4 faiz də başqa inqredentlər olur. Tibbdə istifadə edilən, dezinfeksiyaedici xarakter daşıyan və tərkibi standar etil spirtindən ibarət olan bütün növ spirtlər müxtəlif virus əleyhinə istifadə edilir. Spirt 40 faizdən yuxarıdırsa, dezinfeksiyaedici təsir göstərmək imkanına malikdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.