Deputatlar koronavirusa görə dövlətdən maliyyə yardımı alıb? - AÇIQLAMA

8-07-2020, 13:42           
Deputatlar koronavirusa görə dövlətdən maliyyə yardımı alıb? - AÇIQLAMA
Milli Məclisin deputatı Erkin Qədirli pandemiyaya görə dövlətdən maliyyə yardımı alması xəbəri ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo”nun məlumatına görə, E. Qədirli bildirib ki, o VÖEN-ini 13 mart 2020-ci ildən 2025-ci il tarixədək bağlayıb: “Mənim hesabıma ödənilmiş məbləğ (350 manat) 13 mart 2020-ci il tarixinədək ödədiyim vergilərə mütanasib hesablanıb. Həmin məbləği də cibimə qoymamışam, xeyriyyə məqsədilə xərcləmişəm. Onu da deyim ki, AŞPA-da nümayəndə heyətinin üzvü kimi, 2018-2019-ci illərdə aldığım gəlirlər və ödədiyim vergilər haqqında bəyannaməmi Strasburqa göndərmişəm”.

Qeyd edək ki, ötən gün Yeniavaz saytında pandemiyadan zərərçəkməsinə görə 3 deputatın dövlətdən maliyyə yardımı almasıyla bağlı iddia yayımlanıb. Həmin adlar arasında Erkin Qədirlidən başqa, millət vəkilləri Aqil Abbasla Vüqar Bayramovun da adı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru